Meksikada silahlı hücum: 6 nəfər ölüb


Meksikanın cənubundakı Çiapas ştatının sərhəd qəsəbəsində baş verən atışma nəticəsində 6 nəfər ölüb.


Çiapas əyalət prokurorları, əyalətin Siltepec rayonundan 50 kilometr aralıda sərhəd bölgəsində miqrant marşrutu kimi tanınan yolda bir pikap yük maşınına silahlı hücumun təşkil edildiyini açıqlayıb.

Hücum zamanı yük maşınında olan 6 nəfər həlak olub.

Bölgənin immiqrant marşrutu kimi tanınmasına baxmayaraq, son vaxtlar Jalisco və Sinaloa kartelləri arasında hakimiyyət mübarizəsinə səhnə olduğu da bildirilir.

Hücum nəticəsində ölən şəxslərin kimliyi və ya mühacir olub-olmaması ilə bağlı məlumatlar paylaşılmayıb.

Hücumdan sonra bölgənin ən böyük şəhəri olan Motozintlada kartellərin bölgə sakinlərini hədələdiyini və qəsb etdiklərini iddia edən xalq etiraz edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu