TFF-ni atəşə tutanlar saxlanıldı


Türkiyə Futbol Federasiyasının Rivadakı qərərgahına silahlı basqın etməkdə şübhəli bilinənlər saxlanılıb.


AFN.az Aspor-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) binasına silahlı basqın edənlər tutulub.

TFF-nin idarə heyətinin iclası zamanı silahlı hücumu həyata keçirən 2 nəfərin saxlanıldığı açıqlanıb. Adları şərti qeyd olunan C.U. və U.G. binaya tərəf 11 atəş açıb. 5-i binaya dəyib.

TFF prezidenti Mehmet Büyükekşi hadisədən sonra verdiyi açıqlamasında bildirib ki, "Şübhəlilərin qısa müddətdə tutulması son dərəcə vacibdir".

Hücum zamanı xəsarət alanların olmadığı bildirilir.

Qeyd edək ki, hadisə yerli vaxtla 17:50-18:00 aralığında baş verib. Açılan güllələrdən birinin Büyükekşinin əyləşdiyi otağa, daha birinin isə idarə heyətinin toplaşdığı otağa tuş gəldiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu