Ali Koç: "Palabıyık bizim stadionumuza girə bilməz"


Əslində “Sivasspor”–“Qalatasaray” matçında yaşananlar, dünən “Adana Dəmirspor”–“Fənərbaxça” matçında yaşananlar Türkiyənin hakimlik institutunun iflasıdır. Artıq müzakirə olunacaq bir şey yoxdur. Federasiyanın fərqli düşündüyünü düşünmürəm.


AFN.az xəbər verir ki, bunu “Fənərbaxça” klubunun prezidenti Ali Koç deyib. “Baş verənlər Türkiyə arbitraj qurumunun iflasıdır. Artıq müzakirə olunacaq bir şey yoxdur. Dünən gecə baş verənləri hamı gördü. Bu işlərin türkiyəli hakimlərl yürüməyəcəyi aydındır”, - deyə o bildirib.

Qeyd edək ki, "Fənərbaxça" Klubunun prezidenti Ali Koç, sədr müavini Erol Bilecik, baş katib Burak Kızılhan və idarə heyətinin üzvləri Ahmet Ketenci və Özgür Özaktaç Türkiyə Futbol Federasiyasının (TFF) Rivadakı qərargahında TFF prezidenti Mehmet Büyükekşi ilə görüşüb. Görüşdən sonra açıqlama verən Ali Koç, “Sabah Şuranın İdarə Heyətinin iclası var. Orada ətraflı izahatlar verəcəyik. Dünən gecə nə baş verdiyini bilirsiniz. Narahat olmağımızın səbəbləri məlumdur" deyib.

Ali Koç zamanında əcnəbi hakimlərin əleyhinə olduqları halda, indi əcnəbi hakimlərə möhtac hala gəldiklərini bildirib: "İnancımız, iddiamız, israrımız, hakimin niyyəti dünənki kimi olsa belə, düzgün VAR hakimliyidir. Bunun türk futbolunun texnologiyadan istifadə edərək ən ədalətli idarə olunmasına zəmanət olacağını düşünürük".

“Adana Dəmirspor”–“Fənərbaxça” maçından sonra "Fənərbaxça"nın baş məşqçisinə qırmızı vərəqə verən türk hakim Ali Palabıyık haqda sərt danışan Ali Koç bildirib ki, klubun rəhbərliyində olduğu müddətdə Ali Palabıyık komandanın stadionun girə bilməyəcək: "Təkcə bizim matçda deyil, onun çoxlu şübhəli matçları var". Ali Koç Türkiyə futbol qurumundan əcnəbi hakimlər tələb etdiklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu