"Qalatasaray" çempionluq kubokunu derbidə qaldırmaq istəyir


2022-23 mövsümünü Super Liqada çempion olaraq tamamlayan "Qalatasaray" derbidə çempionluq kubokunu qaldırmaq istəyir.


AFN.az xəbər verir ki, sarı-qırmızılıların prezidenti Dursun Özbek TFF-yə müraciət edərək tələblərini çatdırıb.

Spor Toto Super Liqanın 36-cı həftəsində səfərdə MKE Ankaragücünə 4:1 hesabı ilə qalib gələn Qalatasaray, sona iki həftə qalmış çempionluğunu elan edib və Fənərbaxça derbisində çempionluq kubokunu qaldırmaq istəyir.

Liqada son matçında "Fənərbaxça"nı qəbul edəcək sarı-qırmızılı komanda çempionluq bayramı hazırlıqlarına da başlayıb. "Qalatasaray"ın prezidenti Dursun Özbek sarı-göylü komanda ilə qarşılaşmada kuboku qaldırmaq istədiklərini TFF prezidenti Mehmet Büyükekşiyə çatdırıb.

UEFA Avropa Liqası Finalını izləmək üçün Budapeştdə olan Büyükekşi final matçından sonra bu qərarı TFF idarə heyəti ilə bölüşəcəklərini, cavablarını isə sarı-qırmızılılara bildirəcəklərini bildirib.

Mənbə: DHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu