"Qalatasaray" - yeni lider!


Türkiyə superliqasının 15-ci həftəsində "Qalatasaray" "İstanbulspor"u qəbul edib.


AFN.az xəbər verir ki, Bafetimbi Qomisin vurduğu qollarla “İstanbulspor”u 2:1 məğlub edən “Qalatasaray” liderliyi “Fənərbaxça”dan alıb.

NEF Stadionunda keçirilən qarşılaşmaya sürətli başlayan sarı-qırmızılılar 15-ci dəqiqədə Bafetimbi Qomisin vurduğu qolla 1-0 önə keçib. Qomisin sonradan vurduğu iki top dirəkdən qayıtsa da, 37 yaşlı hücumçu 37-ci dəqiqədə vurduğu qolla fərqi ikiyə çatdırıb. Matçın 82-ci dəqiqəsində “İstanbulspor” Mehmet Yeşilin qolu ilə fərqi 1-ə endirib.

Qalan hissədə qapılara qol vurulmayıb və meydandan 2-1 hesabı ilə qalib ayrılan “Qalatasaray” olub. Bu nəticədən sonra ardıcıl 4-cü dəfə çempion olan "Qalatasaray" xalını 30-a yüksəldib və liderliyi "Fənərbaxça"dan alıb. Liqada ardıcıl 7-ci məğlubiyyətini yaşayan "İstanbulspor" 8 xalla 18-ci pillədə qalıb.

Superliqanın 16-cı həftəsində “Qalatasaray” səfərdə “Sivasspor”la oyanayacaq, “İstanbulspor” isə “Kasımpaşa”nı qəbul edəcək.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu