"Qalatasaray" "Pendikspor"u fərqli hesabla məğlub etdi


Superliqanın 33-cü həftəsində lider "Qalatasaray" öz meydanında "Pendikspor"u 4:1 hesabı ilə məğlub edib.



RAMS Parkda keçirilən matçın ilk yarısını "Qalatasaray" 35-ci dəqiqədə İkardinin və 40-cı dəqiqədə Abdülkerim Bardakcının vurduğu qollarla 2-0 öndə tamamlayıb.

77-ci dəqiqədə hesabı 3-0 edən qolu sarı-qırmızılılardan Dris Mertens vurdub. "Pendikspor"dan Alpaslan Öztürk 85-ci dəqiqədə vurduğu qolla fərqi yenidən ikiyə endirib.

"Qalatasaray" 90+2 dəqiqədə penalti qazandı. Penaltidə Kerem Aktürkoğlu qapıçı Ərdəmi keçə bilməyib. Lakin hakim VAR-ın xəbərdarlığından sonra penaltinin yenidən yerinə yetirilməsini istəyib. Təkrar penaltidə Kərəm Aktürkoğlu bu dəfə qapıçıya qalib gələrək matçın nəticəsini elan edib, 4-1.

Bu nəticədən sonra liqada ardıcıl 14-cü qələbəsini qazanan lider "Qalatasaray" xalını 90-a yüksəldib, "Pendikspor" isə 30 xalda qalıb.

Super Liqada gələn həftə “Qalatasaray” səfərdə “Adana Dəmirspor”la, “Pendikspor” isə “Kayserispor”la qarşılaşacaq.

"Qalatasaray" "Pendikspor"u məğlub etməklə Super Liqada ardıcıl 14-cü qələbəsini qazanıb və özünə aid olan ardıcıl 14 matçlıq qələbə seriyasını yeniləyib.

Liqada yeganə məğlubiyyətini “Hatayspor” matçında görən “Qalatasaray” məğlubiyyətsizlik seriyasını 21 matça çıxarıb.

"Sarı-qırmızılar"ın ilk qolunu vuran Mauro İkardi Superliqadakı qollarının sayını 20-yə çatdırıb. Bununla da argentinalı ulduz ardıcıl iki mövsüm Super Liqada 20 qol vuran ilk əcnəbi futbolçu olub.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu