"Qalatasaray" 3 xalı 3 qolla əldə etdi


Superliqanın 26-cı həftəsində səfərdə "Ankaragücü"nü ilk yarıda vurduğu qollarla 3:0 hesabı ilə məğlub edən "Qalatasaray" həftəni lider kimi başa vurub.



Superliqanın 26-cı həftəsində "Qalatasaray" səfərdə "Ankaragücü"nün qonağı olub.

"Sarı-qırmızılar" Əryaman stadionunda keçirilən matçı 3:0 hesablı qələbə ilə başa vurub.

"Qalatasaray"a qələbə qazandıran qolları 13-cü dəqiqədə Kerem Dəmirbay, 14-cü dəqiqədə Davinson Sançes və 39-cu dəqiqədə penaltidən Mauro İkardi vurub.

Bu nəticədən sonra liqada ardıcıl 7-ci qələbəsini qazanan "Qalatasaray" xallarını 69-a yüksəldib və 67 xalla "Fənərbaxça"nı keçərək liderliyə yüksəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu