"Qalatasaray" "Çaykur Rizespor"a 6-2 hesabı ilə qalib gəldi


Super Liqanın 29-cu həftəsinin açılış matçında lider “Qalatasaray” öz meydanında “Çaykur Rizəspor”a 6-2 hesabı ilə qalib gələrək ardıcıl 10-cu liqa qələbəsini qazanaraq, məğlubiyyətsizlik seriyasını 17 matça çatdırıb.



RAMS Parkda keçirilən qarşılaşmada sarı-qırmızılılar 6-2 hesabı ilə qalib gəlib. "Qalatasaray"a qələbə qazandıran qolları 9-cu dəqiqədə Köhn, 31-ci dəqiqədə Torreyra, 40-45 və 64-cü dəqiqələrdə Kerem Dəmirbay, 85-ci dəqiqədə isə İkardi vurub.

“Rizəspor”un qollarını 38-ci dəqiqədə Höjer, 61-ci dəqiqədə isə Olavoyin vurub.

Bu nəticədən sonra liqadakı məğlubiyyətsizlik seriyasını 17 matça çatdıran "Qalatasaray" ardıcıl 10-cu qələbəsini qazanaraq xalını 78-ə yüksəldib. “Rizespor” 39 xalda qalıb.

Superliqanın 30-cu həftəsində "Qalatasaray" səfərdə Kasımpaşa ilə qarşılaşacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu