"Qalatasaray" liqadakı məğlubiyyətsizlik seriyasını 18-ə çatdırdı


Superliqanın 30-cu həftəsində “Qalatasaray” Rəcəb Tayyib Ərdoğan stadionunda Kasımpaşa ilə qarşılaşıb.



"Qalatasaray" "Kasımpaşa"nı 4-3 hesabı ilə məğlub edərək Super Liqada yenilməzliyini 18 matça yüksəldib, eyni zamanda son 11 matçda qalib gəlib.

İlk hissə 1:1 hesablı bərabərliklə başa çatan görüşdə sarı-qırmızılılar 4-3 hesabı ilə qalib gəlib. Bu nəticə ilə xalını 81-ə yüksəldən Aslanlar liderliyini davam etdirib.

Superliqada "Hatayspor"a uduzduqdan sonra keçirdiyi 18 matçda uduzmayan "Cimbom" son 11 matçda meydandan qalib ayrılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu