Okan Buruk "Qalatasaray"la tarix yazdı
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk Super Liqada ard-arda ən az 8 qələbə qazanaraq sarı-qırmızılı komandanın 4-cü çalışdırıcı kimi tarixə düşüb.
AFN.az xəbər verir ki, Super Liqanın 19-cu həftəsində "Qalatasaray" Nef Stadionunda "Hatayspor"u 4:0 hesabı ilə məğlub edib.
Sarı-qırmızılı komandanın çalışdırıcısı Okan Buruk bu matçla tarixə düşüb. Komandanın başında liqada 8 və daha çox ardıcıl qalibiyyət qazanan məşqçilər Fatih Terim, Mustafa Dənizli və Burukdan əvvəl "Qalatasaray"ı çalışdıran Reiner Hollmann olub.
Okan Buruk "Hatayspor"a qalib gələrək buna nail olan 4-cü "Qalatasaray" baş məşqçisi olub.
"Qalatasaray"ın liqada keçirdiyi son 8 matçın hamısında komanda meydandan qələbə ilə ayrılıb:
28.10.2022 | Karagümrük 0 - 2 Qalatasaray
05.11.2022 | Qalatasaray 2 - 1 Beşiktaş
12.11.2022 | Başakşehir 0 - 7 Qalatasaray
25.12.2022 | Qalatasaray 2 - 1 İstanbulspor
29.12.2022 | Sivasspor 1 - 2 Qalatasaray
04.01.2023 | Qalatasaray 2 - 1 Ankaragücü
08.01.2023 | Fənərbaxça 0:3 Qalatasaray
13.01.2023 | "Qalatasaray" 4:0 "Hatayspor"
Sarı-qırmızılılar Super Liqanın 20-ci həftəsində "Antalyaspor"u qəbul edəcək.