“Qalatasaray” yeni baş məşqçisi Okan Buruk oldu
Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi müəyyənləşib.
AFN.az xəbər verir ki, İstanbul təmsilçisini bundan sonra Okan Buruk çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Açıqlamada Okanla danışıqlara rəsmən start verildiyi diqqətə çatdırılıb.
Türkiyə mətbuatının yazdığına görə, tərəflər artıq bütün məsələlərdə razılaşıblar. 48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq.
Xatırladaq ki, Okan Buruk son olaraq "Başakşəhər"də çalışıb və bu komandanı tarixində ilk dəfə Türkiyə çempionu edib.