Okan Burukdan İkardi ilə bağlı vacib açıqlama - Onu gözləyəcəyik...
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk, Mauro İkardi ilə bağlı son vəziyyəti açıqlayıb.
"Qalatasaray" rəhbərliyi, texniki heyət və tərəfdarlar Mauro İkardini səbirsizliklə gözlədiyi bir vaxtada Okan Buruk transfer prosesinin Səudiyyə Ərəbistanı və Avropa klublarının işə qarışması səbəbindən çətin keçdiyini bildirib.
"Fanatik"in Youtube kanalında sualları cavablandıran Buruk İkardi ilə bağlı bunları deyib: "Transfer prosesinin uzun sürməsini istəmirik. Mənfi düşünmürük, amma bu prosesi riskə atdıq. Klubumuz onunla bağlı hər şeydə fədakarlıq etməyə hazırdır. PSJ ilə illik müqavilə onun qərarıdır. İstifadə edəcəklərmi, satacaqlarmı, neçəyə satacaqlar? Əlbəttə, biz İkardini gözləyəcəyik".