Okan Burukdan Jorge Jesusa sərt sözlər: "Rəyləri gülməlidir..."


"Qalatasaray"ın baş məşqçisi Okan Buruk başa çatmış mövsümü qiymətləndirən zaman"Fənərbağça"nın baş məşqçisi Jorge Jesusun Superliqa ilə bağlı sözləri barədə sərt ifadələr işlədib.


AFN.az xəbər verir ki, bu barədə Okan Buruk "Anadolu" agentliyinə açıqlama verib.

Fənərbaxçanın baş məşqçisi Jesusun Super Liqa ilə bağlı qiymətləndirmələri ilə bağlı Buruk, "Jorge Jesus çox liqa görmüş məşqçi deyil" ifadələrini işlədib: "Yalnız Portuqaliya, Braziliya və Səudiyyə Ərəbistanı liqasını görən bir məşqçinin Super Liqanı dəyərləndirməsi gülməlidir. İkardi, Mertens, Zaniolo və ya Premyer Liqadan oynamış oyunçular bu barədə danışsaydı, başa düşərdim", - deyə Okan Buruk bildirib.

Burukun açıqlamalarını təqdim edirik:

Bizim liqa keyfiyyətli liqadır. “Fənərbaxça” elə oynadı ki, “Sevilya” ilə hər iki oyunda qalib gələ bilərdi. Məsələyə yalnız Jeusu üzərindən baxmaq lazım deyil. Türkiyəyə gələn bəzi xarici mütəxəssislər də Türkiyəyə xor baxırdılar, amma heç biri uğur qazanmadı.

Liqada dominantlıq edən və liqaya hakim olan Qalatasaray komandası var idi. 88 xal topladıq ki, bu da bizim keyfiyyətimizi və nə qədər motivasiyalı olduğumuzu göstərir.

Meydanımızda çempionluğu qeyd etmədən əvvəl Fənərbaxçanı məğlub etmək mənim, oyunçularımın və ictimaiyyətimizin sevincini ikiqat artırdı. Bu çox vacib və dəyərli idi.

Əvvəllər 3-4 derbini idarə edəcək hakimimiz olardı. Bu il məncə azalıb. Ümid edirəm ki, hakimlik institutu da inkişaf edəcək.

VAR texnologiyası dövründə hakimlər məsuliyyəti öz üzərinə götürməlidir. Özlərinə güvənməlidirlər. Avropada hakimlər arxayındır, burada qorxurlar. Biz bunu telefondan görürük, VAR isə yox. Hakimlər pis niyyətli deyillər, amma səhvlər heç kimin xoşuna gəlmir.

Səudiyyə Ərəbistanında fırtına var, transferdə bunun futbola necə təsir edəcəyini bilmirik. Çin 4-5 dəfə aşağı rəqəmlərlə alırdı, o dövr bitdi, indi də Səudiyyə Ərəbistanı başladı. Oyunçular bu ehtimal haqqında düşünə bilər.

Biz İkardi və Raşikanı sıralarımızda saxlamaq istəyirik. Avrokuboklar üçün transferləri qısa müddətdə başa çatdırmaq istəyirik. Seçmə mərhələ oyunlarına qədər heyətimizi formalaşdırmağı hədəfləyirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu