İkardi yenidən "Qalatasaray"da!
Yeni transfer mövsümündə "Qalatasaray" köhnə hədəfinə çatdı.
AFN.az xəbər verir ki, sonuncu Türkiyə çempionu Mauro İkardini yenidən heyətinə alıb. Sarı-qırmızılılar argentinalı hücumçunun transferi üçün PSJ ilə anlaşıb. Klub ötən sezon heyətində yer alan ulduzla 3 illik müqavilə imzalayacaq. 2026-cı ilə qədər "Qalatasaray"da yenidən "Aşkın olayı" yaşanacaq.
Ötən mövsüm "Qalatasaray"da icarə əsasında çıxış edən İkardi Superliqada 24 matçda 22 qol vurub və 7 məhsuldar ötürmə edib. Azarkeşlərin sevimlisinə çevrilən argentinalı ulduz bir çox məşhur klublardan, o cümlədən ərəb komandalarından cəlbedici təkliflər alsa da, son seçimi yenə sarı-qırmızılılar olub.