Mauro İkardinin meneceri iddiaları təkzib etdi


Gələcəyi qeyri-müəyyən olaraq qalan Mauro İkardinin Səudiyyə Ərəbistanına transferi ilə bağlı iddialardan sonra futbolçunun nümayəndəsi açıqlama verib.


"Qalatasaray"ın çempionluğunda böyük pay sahibi olan Mauro İkardi ilə bağlı transfer iddiaları səngimək bilmir. Argentinalı ulduzun təmsilçisi Elio Pino futbolçu ilə bağlı TRT SPOR-a danışıb. O, transfer xəbərlərinin həqiqəti əks etdirmədiyini və heç bir klubla razılıq əldə olunmadığını açıqlayıb.

Xatırladaq ki, 30 yaşlı argentinalı hücumçu "Qalatasaray" forması ilə liqada 24 matçda 22 qol vurub və 7 məhsuldar ötürmə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu