İkardinin matçdan sonrakı paylaşımı sosial mediada gündəm oldu - VİDEO


Xəbər verildiyi kimi, superliqanın zirvəsi uğrunda mübarizədə lider olan "Qalatasaray" öz meydanında qəbul etdiyi "Medipol Başakşehir"i məğlub edərək üstünlüyünü qoruyub.


Oyundan sonra "Qalatasaray"ın ulduz oyunçusu Mauro İkardi "Başakşehir" klubunun rəsmi maskotu olan bayquşla birgə videosunu paylaşıb. İkardinin bayquşun başını sığalladığı görüntülər sosial medianın gündəminə çevrilib.

Qeyd edək ki, İkardi matçda vurulan yeganə qolun müəllifidir. Matçdan sonra argentinalı ulduz futbolçunun instagram hesabından paylaşdığı video müzakirələrə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu