"Qalatasaray"ın yeni mövsüm öncəsi ilk rəqibi bəlli oldu


Superliqanın son çempionu "Qalatasaray" yeni mövsümün hazırlıqlarına iyunun 27-də başlayacaq. İyulun 8-də Avstriyaya düşərgəyə yollanacaq sarı-qırmızılıların hazırlıq düşərgəsindəki ilk rəqibinin “Şturm Qraz” olduğu bildirilirib.


Super Liqada 2022-23 mövsümünü çempion kimi başa vuran "Qalatasaray" yeni mövsümdə işlərini davam etdirir. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən mübarizə aparacaq və mövsümü erkən açmalı olan sarı-qırmızılıların hazırlıq proqramı da məlum olub.

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk yeni mövsümün hazırlıqlarına iyunun 27-də başlayacaqlarını, iyulun 8-də isə Avstriya düşərgəsinə yollanacaqlarını bildirib.

Cimbom-un Avstriya düşərgəsində qarşılaşacağı rəqiblərdən ilki bəlli olub. Avstriya Liqası komandalarından "Şturm Qraz" sosial media hesabından iyulun 18-də sarı-qırmızılı komanda ilə yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.

Mənbə:Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu