"Qalatasaray" Avstriya düşərgəsini "Şturm Qraz" matçı ilə tamamlayır
Avstriyada yeni mövsümöncəsi işlərinə davam edən "Qalatasaray" sabah "Şturm Qraz"la matçdan sonra düşərgə fəaliyyətlərini tamamlayaraq İstanbula dönəcək.
Avstriyanın Qraz şəhərinin Bad Valtersdorf qəsəbəsində hazırlıqlarını davam etdirən Qalatasaray, sabah saat 20.00-da Merkuri Arenada düşərgənin 4-cü və son matçında Avstriya təmsilçisi Şturm Qrazla qarşılaşacaq.
Bu matçdan sonra sarı-qırmızılılar düşərgəni tamamlayaraq İstanbula qayıdacaq.
Qeyd edək ki, Avstriya düşərgəsindəki görüşlərdə "Kisvarda"ya 2-0, "Csakvari"yə isə 4-2 hesabı ilə qalib gələn Qalatasaray Avstriya Wien ilə 1-1 bərabərə qalıb.
Mənbə: İHA