"Qalatasaray" "Turkcell" Superkubok matçının hazırlıqlarını davam etdirir


7 aprel bazar günü Şanlıurfada "Turkcell" Superkubok matçında "Fənərbaxça" ilə qarşılaşacaq "Qalatasaray" matçın hazırlıqlarını davam etdirib.


Sarı-qırmızılı klubdan verilən məlumata görə, hazırlıqlar Florya Metin Oktay bazasında baş məşqçi Okan Burukun rəhbərliyi altında keçib.

Dinamik isinmə hərəkəti ilə başlayan məşq iki qrupda 8-ə 2 ötürmə məşqi və topa sahiblik məşqi ilə davam edib.

Məşq 3 komandalı turnir oyunları ilə yekunlaşıb.

"Qalatasaray" "Fənərbaxça" ilə Super Kubok matçının hazırlıqlarını sabahkı məşqlə davam etdirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu