“Qalatasaray” və “Fənərbaxça” Türkiyə Super Kubokunda üz-üzə gələcək

Superliqanın son çempionu "Qalatasaray" və Türkiyə kubokunun qalibi "Fənərbaxça" bu axşam 2023-cü il Turkcell Superkuboku matçında üz-üzə gələcək.
Şanlıurfa 11 Nisan Stadionunda saat 22.30-da başlayacaq qarşılaşma Türkiyənin ATV kanalından canlı yayımlanacaq.
Qarşılaşmanın baş hakimi Volkan Bayarslan, köməkçiləri isə Serkan Ok və Serkan Olgüncan olacaq.