"Qalatasaray" yoldaşlıq görüşündə "Avstriya Vyana" ilə qarşılaşacaq
"Qalatasaray" Futbol Komandası Avstriya düşərgəsində ikinci yoldaşlıq oyununda iyulun 14-ü cümə günü bu ölkənin təmsilçilərindən "Avstriya Vyana" ilə qarşılaşacaq.
Paytaxt Vyanada Generali Arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 21:30-da başlayacaq.
Xatrıladaq ki, sarı-qırmızılar Avstriya düşərgəsində ilk yoldaşlıq görüşündə Macarıstanın "Kisvarda" komandasını 2:0 hesabı ilə məğlub edib.
“Qalatasaray” düşərgədə üçüncü yoldaşlıq matçını Macarıstan təmsilçisi "Çakvar"la 15 İyulda, dördüncü və son yoldaşlıq matçını isə 18 İyulda Avstriyanın “Şturm Qraz” komandası ilə keçirəcək.