"Qalatasaray" Bafetimbi Qomislə vidalaşdı
Super Liqanı çempion kimi başa vuran "Qalatasaray" hücumçusu Bafetimbi Qomislə yollarını ayırdığını açıqlayıb.
2022-23 mövsümündə Spor Toto Super Liqanın çempionu olmaqla 23-cü dəfə bu sevinci yaşayan Qalatasaray mövsümün bitməsi ilə heyət planlamasına başlayıb.
Sarı-qırmızılılar müqaviləsi sona çatan Bafetimbi Qomislə sosial media hesabından paylaşım edərək yollarını ayırdıqlarını açıqlayıb.
Klubun paylaşdığı paylaşımda "Səninlə qələbələr qazanmaq çox xoş idi, Bafe. Zəhmətinə və bizə bəxş etdiyin bütün sevinclərə görə təşəkkür edirik. Gələcək karyeranda sonsuz uğurlar və xoşbəxtlik".
İki fərqli dövrdə “Qalatasaray”da forma geyinən fransalı hücumçu ötən mövsüm 28 oyuna çıxmaq şansı qazanarkən, 10 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.