Bafetimbi Gomisin yeni komandası bəlli olur


37 yaşı olmasına baxmayaraq, bu mövsüm "Qalatasaray" forması ilə əla performans göstərən və 8 qol vuran Bafetimbi Qomisə 1-ci liqadan müştəri çıxıb. Sarı-qırmızılılarla mövsümün sonuna qədər anlaşması olan oyunçunun qərarı isə maraqla gözlənir.


AFN.az "Fanatik"ə istinadən xəbər verir ki, Qomis bu mövsüm "Qalatasaray"da İkardi və Seferoviç kimi iki ulduz bombardirin olmasına baxmayaraq, komandanın əsas yükünü çiynində daşıyır. Ulduz futbolçu keçirdiyi 12 oyunda 8 qol vurmaqla komandasına böyük töhfə verib. Bütün bunlara rəğmən klubun fransalı hücumçu ilə yeni müqavilə imzalamayacağı məlum olub.
Rayan Babelə illik 900 min avro qonorar verən "Eyüpspor"un Qomis üçün də 1 milyon avro büdcə ayırdığı ortaya çıxıb. 37 yaşlı hücumçunun statusuna gələn həftə aydınlıq gətiriləcəyi gözlənilir. Bu il yüksəldiyi 1-ci liqanın zirvəsində olan "Eyüpspor" mövsümün ilk yarısı rəqiblərini 6 xal qabaqlayıb. Transferə sürətli başlayan İstanbul komandası super liqadan gələn gücləndirmələrlə diqqət çəkir. "İstanbulspor"dan hücumçu İbrahim Yılmaz və yarımmüdafiəçi Melih Kabasakalla anlaşan "Eyüpspor" "Sivasspor"la yollarını ayıran Dia Saba ilə də əl sıxıb. Komandanın ən önəmli qolçularından olan Emeka Ezeni "İstanbulspor"a təslim edəcək klub Qomislə anlaşaraq ön xətti gücləndirməyi düşünür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu