"Qalatasaray" və "Fənərbağça" ulduz oyunçu uğrunda transfer yarışına girdi


Türkiyə superliqasında çempionluq uğrunda mübarizə aparan "Fənərbaxça" və "Qalatasaray" transferdə də üz-üzə gəlib.


AFN.az xəbər verir ki, İtaliya mətbuatı iki nəhəngin ulduz hücumçu uğrunda "Yuventus"la yarışdığını yazıb. Mövsümün sonunda çempionluğu götürmək istəyən iki komanda kadrlarını gücləndirmək üçün ara transferlər üzərində işləməyə başlayıb. Hər iki komanda hücumçu kadrosuna ən azı bir nəfər daxil etmək istəyir. Mətbuatın yazdığına görə, bu istiqamətdə komandaların diqqəti "Atalanta"nın ulduz hücumçusu Luis Murielin üzərinə yönəlib. Artıq bu istiqamətdə yarışın başladığı da bildirilir.
Maraqlıdır ki, 31 yaşlı hücumçu ilə İtaliya nəhəngi "Yuventus"un da maraqlandığı bildirilib. Qeyd olunub ki, "Atalanta" müqaviləsi 2023-cü ilin iyununda başa çatacaq kolumbiyalı hücumçu ilə yeni müqavilə imzalamağı planlaşdırır. Murieli təmənnasız əldən vermək istəməyən komanda ulduz hücumçunun müqaviləsini uzadıb, transfer təkliflərini gözləyəcək. Təxminən 3,5 mövsüm “Atalanta”da çıxış edən Muriel bu mövsüm 9 oyunda oynayıb. Kolumbiyalı futbolçu bu matçlarda 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
Murielin hazırkı bazar dəyəri 12 milyon avro olaraq göstərilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu