"Qalatasaray" 3 yeni transfer edəcək, 2 oyunçunu yola salacaq


Türkiyə super liqasında lider olan "Qalatasaray" ara transferi 3 oyunçunu kluba gətirməklə bağlamağı planlaşdırır.


Sol cinah müdafiəçisinə üstünlük verən sarı-qırmızılı komanda "Sivasspor"un futbolçusu Uğur Çiftçi ilə hər məsələdə anlaşıb. Klub rəhbərliyi indi də gözünü müdafiəçi və hücumçu transferlərinə dikib. "Qalatasaray"ın 5 böyük liqadan geniş transfer siyahısı olduğu, müdafiəçi və hücumçu transferlərində əcnəbi futbolçulara üstünlük verəcəyi öyrənilib.

Transferi planlaşdırılan əcnəbi futbolçulara yer açmaq üçün komandanın heyətdəki bəzi əcnəbi adları yola salmaq məcburiyyəti də yaranıb. Bu mənada sarı-qırmızıllar Patrik Van Aanholt və Haris Seferoviçlə yollarını ayırmaq istəyir.

Mövsümün əvvəlində İtaliyadan təklif alan və onu rədd edən Van Aanholt fasilədə komandadan ayrılmaq niyyətində deyil. Van Anholtun 1,5 illik müqaviləsi var. Haris Seferoviçin də ailəsi ilə birlikdə İstanbulda yaşamaqdan çox xoşbəxt olduğu və bu səbəbdən ayrılmağı düşünmədiyi öyrənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu