Türkiyədə bütün idman yarışları təxirə salındı - YENİLƏNİB
Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, zəlzələ fəlakəti səbəbilə bütün milli idman yarışlarının dayandırıldığını açıqlayıb
.***
Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələ və onun yaratdığı nəticələrə görə Türkiyə futbol liqalarında oyunlar təxirə salına bilər.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Türkiyə idman naziri Mehmet Muharrem Kasapoğlu ilə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi arasında keçiriləcək görüşün nəticəsinə görə qərar veriləcək.
Bu gün keçiriləcək Super Liqa matçları, TFF 1-ci Liqa matçı və 8 fevral çərşənbə günü keçiriləcək TFF 2-ci Liqa matçlarının təxirə salınması gözlənilir.
Qeyd edək ki, aşağıdakı oyunların təxirə salınacağı gözlənilir:
Super Liqa:
17.00
"Ümraniyespor" - "Adana Dəmirspor"
20.00
"Giresunspor" - "Kayserispor"
1-ci Liqa
20.00
"Fənərbaxça" - "Konyaspor"
20.00
"Eyüpspor" - "Bodrumspor".
TFF 2-ci Liqasında həftə ərzində keçiriləcək qarşılaşmaların da irəli bir tarixə təxirə salınacağı öyrənilib.