İsrail komandalarının oyunları təxirə salındı


Avroliqa rəhbərliyi Avroliqada Olimpia Milano - Maccabi Tel Aviv və Avrokubokda Hapoel Tel Aviv - BC Wolves Vilnüs matçlarının təxirə salındığını açıqlayıb.



Həmas və İsrail arasında davam edən münaqişələr və böhranlı vəziyyət idman yarışlarına da təsir edib.

Avroliqa rəhbərliyi İsrail komandaları arasında bu həftə keçiriləcək oyunların təxirə salındığını açıqlayıb.

Avroliqanın rəsmi saytında verilən açıqlamada oktyabrın 12-də İtaliyada oynanılması planlaşdırılan “Olimpia Milano” – “Makkabi Tel Aviv” matçının və oktyabrın 11-də İsraildə oynanması planlaşdırılan Hapoel Tel Aviv – BC Wolves Vilnüs oyunları təxirə salındığı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu