Praqada universitetə silahlı hücum: 15 nəfər öldürüldü


Çexiyanın paytaxtı Praqada universitetə ​​silahlı basqın olub.


Hücum nəticəsində azı 15 nəfər həlak olub. Hücum edən şəxs də polis tərəfindən zərərsizləşdirilib.

Hadisə Çexiyanin Çarlz Universitetinin Fəlsəfə Fakültəsində baş verib.

Universitetə daxil olan silahlı şəxs binanın içərisinə atəş açıb.

Çex polisi tələbələrə və işçilərə elektron məktub göndərərək universitet daxilində hücum olduğunu bildirib. Onlardan olduqları yerdə qalmalarını xahiş edib.

Polisin qısa müddətdə müdaxilə etdiyi hadisədə ən azı 15 nəfərin öldüyü, çoxlu sayda yaralının olduğu bildirilib.

Hücum edənin də zərərsizləşdirildiyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu