Avstraliyada baş verən atışmada polis ölüb


Cənubi Avstraliya polisi şübhəli şəxslə atışmada öldürülüb, daha bir polis əməkdaşı yaralanıb, hücum edən şəxs isə xəstəxanaya yerləşdirilib.


Bu barədə Avstraliya polisinin açıqlamasında bildirilir.

Polis Adelaidadan 270 kilometr şərqdə Seniorda atışma ilə bağlı araşdırma apardıqlarını bildirib. “Atışlar barədə xəbər aldıqdan sonra yaşayış binalarından birinə gələn polis qrupu silahlı şübhəli şəxslə qarşılaşıb və polisə atəş açılıb. Nəticədə məmurlardan biri ağır yaralanaraq hadisə yerində ölüb, ikinci polis əməkdaşı yaralanıb və daha sonra Adelaida xəstəxanasına aparılıb”, - deyə polis idarəsindən verilən açıqlamada bildirilib.

Polis həmçinin qeyd edib ki, zabitlərə atəş açan 26 yaşlı kişi özü də ağır yaralanıb. Ona hadisə yerində tibbi yardım göstərilib və daha sonra vertolyotla Adelaidaya aparılıb.

Hadisə yerində detektivlər, məhkəmə-tibb ekspertləri və Daxili Təhlükəsizlik Departamentinin üzvləri işləyir, lakin polis ictimaiyyət üçün heç bir təhlükə olmadığını vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu