ABŞ-da parkda atışma: 2 nəfər ölüb, 6 nəfər yaralanıb
![](/uploads/posts/2024-04/1713692383_abd-polis-aa-2028544_1.jpg)
ABŞ-ın Tennessi ştatının Memfis şəhərində parkda keçirilən əyləncə gecəsinə silahlı basqın nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Polis Memfisdə 200-300 nəfərin iştirak etdiyi bir parkda ziyafətdə baş verən atışma ilə bağlı açıqlama verib.
Xəbər verildikdən sonra hadisə yerinə gələn polis silahlı basqınçılar tərəfindən vurulan 8 nəfərdən 2-nin həyatını itirdiyini bildirib.
Polis 6 yaralının xəstəxanaya aparıldığını və 2 şübhəlinin axtarıldığını qeyd edib.