ABŞ-da atışma zamanı 8 nəfər ölüb


İndianada baş verən atışma nəticəsində 8 nəfər ölüb, yaralananlar var.

Məlumatı yerli ABC telekanalı yayıb.

Məlumata görə, hadisə yerinə 30 polis avtomobili cəlb edilib.

08.45

ABŞ-ın İndiana ştatında atışma olub.

Bu barədə ABC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə İndianapolis şəhərində, "FedEx" poçt şirkətinin obyektlərindən birində qeydə alınıb. Atışma zamanı bir neçə nəfər xəsarət alıb. Onların dəqiq sayı, hadisənin təfərrüatı açıqlanmır.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, bu, ABŞ-da baş verən ikinci silahlı insidentdir. Daha əvvəl Texas ştatında da atışma olub. Hadisə zamanı 1 nəfər həlak olub, daha 2 nəfər xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu