Əhmədlidə "Bravo" marketdə atışma olub: 1 nəfər ölüb, 2 nəfər yaralanıb


Bakıda, Əhmədli massivində yerləşən "Brova" marketdə atışma olub.


AFN.az xəbər verir ki, hadisə supermarketlər şəbəkəsinin Xətai rayonu "Nargilə kafesi" adlanan əraziyə yaxın olan filialında qeydə alınıb.

Məlumata görə, 2 nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb. Bir nəfər isə ölüb.

Ölən şəxsin bank inkassatoru olduğu bildirilir.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb edilib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.

Hadisə yerindən görüntüləri təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu