Terror törətməkdə şübhəli bilinən qadının qaçmasının görüntüləri yayıldı - VİDEO


Ötən gün İstanbulun Taksim meydanı İstiqlal küçəsində partlayışı törətməkdə şübhəli bilinən qadının hadisə yerindən uzaqlaşması anları qeydə alınıb.



AFN bildirir ki, adı açıqlanmayan qadının hadisə yerinə partlayıcı maddə qoyaraq uzaqlaşdığı müəyyən edilib.

Həmin şəxs daha sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ümumilikdə hadisə ilə əlaqədar 22 nəfər saxlanılıb.

Xatırladaq ki, ötən gün axşam saatlarında Taksim meydanında partlayış törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu