KİV: “İstanbuldakı terror aktının əmrini ABŞ mənşəli mənbələr verib”


Türkiyənin İstanbul şəhərində törədilən terror aktı ilə bağlı yeni detallar üzə çıxıb.



AFN-in xəbərinə görə, “Milliyət” qəzeti terror əmrini ABŞ mənşəli mənbələrin verdiyini yazıb.

Buna sübut kimi terrorçunun telefon zəngləri və mesajlaşmaları göstərilir.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Terror aktını törətməkdə şübhəli bilinən Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.

Xatırladaq ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu terror aktı ilə bağlı ABŞ-ın başsağlığını qəbul etmədiklərini açıqlamışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu