İran Türkiyədə terror aktı hazırlayırmış: Saxlanılanlar var


Türkiyədə terror aktı hazırlayan 5 terrorçu ölkənin cənub-şərqində saxlanılıb.


AFN.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, saxlanılanlar təlimatları İrandan alıblar. Nazirin açıqlamalarına görə, tutulan şəxslərin ev və iş yerlərində axtarışlar zamanı tapança, 2 qumbara, 1 səsboğucu, 2 patron darağı, 9 ədəd 7,65 patron, 1 radio, çoxlu sayda digər silahlar aşkar edilib.
Həmçinin, bomba istehsalında istifadə olunduğu güman edilən materiallar və metal toplar, yaddaş kartları, telefonlar, sim kartlar, fleş disklər, təşkilati sənədlər ələ keçirilib.
Hazırda Van Polis İdarəsi Terrorla Mübarizə Şöbəsində saxlanılan şəxslərin istintaqı davam edir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu