ABŞ-da istirahət parkında atışma: 1 nəfər ölüb, 3 nəfər yaralanıb


ABŞ-ın Alabama ştatının Birmingem şəhərindəki atışma nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.



“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildirilib.

Məlumata görə, hadisə aprelin 5-də gecə saatlarında baş verib. Atışma istirahət parkında iki kişinin mübahisəsindən sonra olub. Atışma zamanı parkda yüzlərlə adam olub.

Hadisə nəticəsində bir qadın ölüb, 3 qadın yaralanaraq hospitala yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu