Bakıda silahlı atışma olub, 3 nəfər yaralanıb - YENİLƏNİB


Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisədə 2 nəfər xəsarət alıb.


Xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynov xəstəxanaya çatdırılıb.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları hadisə yerindədilər:


"İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur".

***

Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.


Bu barədə AFN.aza TƏBİB-dən bildirilib.

***

Bakıda silahlı insident olub, 3 nəfər yaralanıb.


Məlumat Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən təsdiqlənib.

Bildirilib ki, paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.

Hadisə yerinə əməliyyat qrupu cəlb edilib.

"Hazırda faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək", - DİN-dən bildirilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu