“Bolmart”da 28 nəfər zəhərləndi
Bakıda tanınmış "Bolmart" supermarketində kütləvi zəhərlənmə olub.
AFN.az "Qafqazinfo"ya istinadən xəbər veri ki, hadisə zamanı 28 nəfər zəhərlənib. Fakt "Bolmart"ın Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən filialında qeydə alınıb. Marketə təcili yardım çağırılıb. Zəhərlənən şəxslərə ilkin tibbi yardım göstərilib.
DİN-in Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 79 D ünvanından zəhərlənmə səbəbi ilə Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olan müraciət əsasında 14 nəfərə yerində tibbi yardım göstərilib, 14 nəfər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün artıq evə buraxılıblar.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır, zəhərlənmənin səbəbləri araşdırılır.
Qeyd edək ki, hadisə barədə ilk xəbəri Apa yayıb.