“Midtown” hotel və “Bolmart”dakı zəhərlənmə qidadan deyil


Nəsimi rayonu ərazisində yerləşən “Midtown” hotel və “Bolmart” supermarketində kütləvi zəhərlənmə baş verib.


AFN.az xəbər verir ki, Səməd Vurğun küçəsi, 79D ünvanında yerləşən supermarketin əməkdaşları qidadan deyil, havadan zəhərlənib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Səməd Vurğun küçəsində yerləşən tikilidə təmir işləri ilə əlaqədar vurulan örtük maddəsindən ayrılan kimyəvi buxar binaya bitişik olan “Bolmart” supermarketinin və “Midtown” hotelinin havalandırma sistemi ilə sovrulub və obyektlərə ötürülüb.

Nəticədə 27 nəfər özünü pis hiss edib. Onlardan 14 nəfərinə yerindəcə ilkin tibbi yardım göstərilib. Lakin digər 13 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanaya yerləşdirilənlərə zəruri tibbi yardım göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu