Fransada mümkün aksiyalara görə Luvr və bir sıra muzeylər oktyabrın 24-də bağlanacaq



Fransada oktyabrın 17-də Sarı jiletlilərin aksiyaları zamanı baş verən qarət və zorakılıq hadisələrindən sonra, qismən komendant saatı da daxil olmaqla, təhlükəsizlik tədbirləri gücləndirilib. 

AFN.az xəbər verir ki, oktyabrın 24-də mümkün aksiyalarla əlaqədar Parisdə Luvr muzeyi də daxil olmaqla, paytaxtın əsas muzeyləri ziyarətçilər üçün bağlı olacaq.

Yerli mətbuatın məlumatına görə, Fransada ictimai gərginliyin və etirazların artması fonunda hökumət həftəsonu keçirilməsi planlaşdırılan aksiyalara qarşı yeni tədbirlər görüb.

Fransa Mədəniyyət Nazirliyi oktyabrın 24-də prefekturaların aksiya qadağalarına baxmayaraq bir çox şəhərdə küçələrə çıxacağı gözlənilən Sarı jiletlilərlə əlaqədar paytaxtdakı əsas muzeylərin bağlanmasına qərar verib.

Ziyarətçilərin və əməkdaşların təhlükəsizliyini, eləcə də eksponatların qorunmasını təmin etmək məqsədilə bağlanacaq muzeylər arasında dünyaca məşhur Luvr, Orse və Pikasso muzeyləri də var.

Fransa Mədəniyyət Nazirliyinə tabe olan bütün müəssisələrdə zəruri təhlükəsizlik tədbirləri görüləcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu