Şimali Korenin Cənubi Koreya ilə sərhədə 960 min mina yerləşdirdiyi iddia olunur



Şimali Koreyanın 2024-cü ildən bəri iki Koreya arasındakı sərhəd boyunca təxminən 960 min piyada əleyhinə mina yerləşdirdiyi iddia edilir. 

AFN.az xəbər verir ki, Yonhap agentliyinin Cənubi Koreya parlamentinin deputatlarına istinadən yaydığı məlumata görə, Cənubi Koreya ordusu məsələ ilə bağlı Milli Assambleyaya məlumat verib.

Xəbərdə bildirilir ki, Pxenyan 2024-cü ildən etibarən sərhəddəki müdafiə istehkamlarını gücləndirib və iki Koreya arasındakı sərhəd boyunca təxminən 960 min mina yerləşdirib.

Cənubi Koreya ordusunun Şimali Koreya hərbçilərinin Hərbi Demarkasiya Xətti (MDL) boyunca tikanlı məftillər çəkmək, mina yerləşdirmək və tank əleyhinə vasitələr qurmaq fəaliyyətlərini artırdığını müəyyən etdiyi iddia olunur.

Xəbərdə, həmçinin bəzi hərbi ekspertlərin qiymətləndirməsinə yer verilib. Həmin qiymətləndirməyə görə, iki ölkəni ayıran Silahsızlaşdırılmış Zona (DMZ) boyunca Cənubi Koreyanın yerləşdirdiyi minalar da daxil olmaqla, 2 milyondan çox piyada əleyhinə mina ola bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu