Cənubi Koreya: Şimali Koreya sərhəddə səsgücləndiricilər yerləşdirir
Cənubi Koreya ordusu ilə Şimali Koreyanın “zibil balonu gərginliyi” davam etdiyi vaxtda, Pxenyan administrasiyası təbliğat yayımları üçün sərhəddə səsgücləndiricilər yerləşdirməyə başlayıb.
Bu barədə Cənubi Koreya ordusundan iki ölkə arasındakı gərginliklə bağlı verilən açıqlamada bildirilib.
Açıqlamada Şimali Koreyanın "təbliğat yayımı üçün" sərhəddə səsgücləndiricilər yerləşdirməyə başladığına dair tapıntıların olduğu qeyd edilib.
Yerləşdirilən aparatların sayı və yeri ilə bağlı məlumat verilməyən açıqlamada Şimali Koreya tərəfindən hələlik heç bir yayımın edilmədiyi vurğulanıb.