Cənubi Koreya və Yaponiya Şimali Koreyanın ballistik raket atdığını açıqlayıb


Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi istiqamətində üç ballistik raket atdığını açıqlayıb.



Bu barədə Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada bildirilib.

Açıqlamada paytaxt Pxenyan yaxınlığından atılan raketlərin təxminən 300 kilometr məsafə qət edərək Yapon dənizinə düşdüyü qeyd edilib.

Bəyanatda sınaqlar şiddətlə pislənilib və açıq-aşkar təxribat olaraq xarakterizə edilən raketlərin Koreya yarımadasında sülh və sabitliyi ciddi şəkildə təhdid etdiyi vurğulanıb.

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın raketlərinin maksimum 50 kilometr hündürlüyə çata biləcəyini və atılan raketlərin Yaponiyanın ərazi zonasından kənara düşdüyünü açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu