Şimali Koreya Cənubi Koreyaya daha 310 “zibil şarı” göndərib


Cənubi Koreya Şimali Koreyanın tərkibində “zibil” olan daha 310 şar göndərdiyini bildirib.


"Yonhap"ın məlumatına görə, Cənubi Koreya Baş Qərargahının sözçüsü polkovnik Li Sonq Cun Şimali Koreyanın göndərdiyi “zibil balonları” ilə bağlı açıqlama verib.

Şimali Koreya tərəfindən təxminən 310 "zibil" şarının göndərildiyini bildirən Li, bu şarların çoxunun külək səbəbindən Cənubi Koreyaya çatmadığını qeyd edib.

Balonların içərisində kağız və plastik olduğunu bildirən Li, heç bir zəhərli maddə aşkar edilmədiyini deyib.

"Bizim ordumuz Şimali Koreyanın istənilən təxribatına böyük güclə cavab vermək imkanına malikdir", - deyə Li qeyd edib.

Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, ölkə lideri Kim Çen Inın bacısı Kim Yo Conq sərhəddə səsgücləndiricilər vasitəsilə təbliğat yayımlarının davam edəcəyi ilə bağlı cənub tərəfinin bəyanatından danışıb.

Güneyin bu hərəkətlərini qınadıqlarını ifadə edən Kim, "Cənubi Koreya təbliğat vərəqələri yaymaq və səsgücləndiricilər vasitəsilə yayımlamaq təxribatını həyata keçirərsə, Şimali Koreyanın yeni əks hərəkətinə şahidlik edəcək" - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu