Cənubi Koreya Şimala ehtiyatsız hərəkət etməmək barədə xəbərdarlıq edib


Cənubi Koreya Şimali Koreyanı ehtiyatsız hərəkət etməkdən çəkinməyə çağırıb.



Yonhap-ın məlumatına görə, Cənubi Koreyanın xəbərdarlığı Şimali Koreya Mərkəzi Xəbər Agentliyində Cənubi Koreyanın psixoloji müharibə üsullarının, məsələn, broşura kampaniyasının Seulun sonunu gətirmək üçün “detonator” rolunu oynayacağını bildirən məqalədən sonra edilib.

Nazirlikndən verilən açıqlamada, Şimali Koreyaya vərəqələrin atılması konstitusiya ilə təmin edilən ifadə azadlığı çərçivəsində vətəndaş qruplarının könüllü olaraq həyata keçirdiyi bir hərəkət olduğu qeyd edilib.

Sentyabrda Cənubi Koreya Konstitusiya Məhkəməsi Şimali Koreyaya təbliğat vərəqələrinin göndərilməsini cinayət hesab edən 2020-ci il qanununu ləğv edərək, bunu ifadə azadlığına həddindən artıq məhdudiyyət adlandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu