Tramp Ukrayna və İranla bağlı proseslərin yekunlaşacağını düşünür


ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanmasının və İranla müharibənin başa çatmasının yaxın olduğunu bildirib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bu fikirləri Cənubi Karolina ştatında tərəfdarları qarşısında çıxışı zamanı səsləndirib.

“Biz səkkiz müharibəni və ya müharibəyə çevrilmək üzrə olan vəziyyəti həll etmişik. Daha ikisinin — Rusiya ilə Ukrayna arasındakı münaqişənin və İranla müharibənin — başa çatmasına yaxınıq. Onlar bu və ya digər şəkildə sona çatacaq”, – ABŞ prezidenti deyib.

Qeyd edək ki, Tramp daha əvvəl Ukrayna münaqişəsinin hazırda nizamlanmaya əvvəlkindən daha yaxın ola biləcəyini bildirmişdi.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu