Tramp İranla müharibənin bitəcəyi vaxtı açıqladı


ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişənin tezliklə başa çatacağını və bunun ardınca neftin qiymətinin kəskin şəkildə ucuzlaşacağını bildirib.

AFN.az xəbər verir ki, ABŞ lideri bu barədə "Truth Social" platformasında paylaşıb, O, ABŞ-da qiymət artımına görə əvvəlki prezident Co Baydenin administrasiyasını günahlandırıb.

Tramp qeyd edib ki, Baydenin prezidentliyi dövründə neftin qiyməti hazırkı göstəricidən də yüksək olub. O, həmçinin hazırkı administrasiyanın İranın nüvə silahı əldə etməsinə imkan vermədiyini iddia edib.

ABŞ liderinin sözlərinə görə, neft istisna olmaqla, digər məhsulların qiymətləri kəskin şəkildə aşağı düşür.

“İranla hərbi münaqişə başa çatdıqdan sonra neftin qiyməti kəskin düşəcək. Bu isə tezliklə baş verəcək”, - deyə Tramp yazıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu