Brent neftinin qiyməti 105,81 dollara yüksəlib
Ötən gün 112,41 dollara qədər bahalaşan Brent markalı neftin yanvar fyuçerslərinin bir barelinin qiyməti günü 104,77 dollar səviyyəsində başa vurub.
AFN.az xəbər verir ki, Brent neftinin bir barelinin qiyməti bu gün saat 10:13-ə olan məlumata görə, əvvəlki bağlanış qiyməti ilə müqayisədə təxminən 0,99 faiz artaraq 105,81 dollara yüksəlib.
Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin dekabr fyuçerslərinin bir barelinin qiyməti 97,38 dollar təşkil edib.
Texniki baxımdan Brent neftində 106,36 dolların müqavimət, 104,74 dolların isə dəstək səviyyəsi kimi izlənilə biləcəyi bildirilir.
