Vaşinqton Rusiya və Ukrayna ilə danışıqların növbəti mərhələsini elan edib


Rusiya, ABŞ və Ukrayna arasında işçi qruplar səviyyəsində üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək.

AFN.az xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff “X” sosial şəbəkəsində açıqlayıb.

Onun sözlərinə görə, ABŞ Ukrayna və Rusiya arasında işçi qruplar səviyyəsində aparılacaq danışıqlarda vasitəçi kimi çıxış edəcək. Bu təşəbbüs ABŞ prezidenti Donald Trampın müharibəni başa çatdırmaq missiyasının davamı kimi təqdim olunur.

Uitkoff bildirib ki, müzakirələr müharibədən sonrakı təhlükəsizliklə bağlı razılaşmalara, gərginliyin azaldılmasına, humanitar təşəbbüslərə və sülhə doğru növbəti addımlara yönələcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu