Britaniya DİN rəhbəri "Brexit"in ağır nəticələri olduğunu etiraf edib


Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ölkənin miqrasiyaya nəzarət imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib.

AFN.az xəbər verir ki, bunu Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud “Sky News” telekanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Aİ-dən ayrıldıqdan sonra London insanların İttifaq ərazisində hərəkətini izləməyə kömək edən ümumavropa məlumat bazalarına çıxışını itirib. Mahmud bunun ölkənin miqrasiyaya nəzarət imkanlarına və müvafiq qurumların fəaliyyətinə ciddi təsir göstərdiyini etiraf edib.

O, baş nazir Endi Börnhəmin Brexit barədə ümummilli müzakirəyə başlamaq çağırışını dəstəkləyib. Bununla belə, Mahmud hazırkı parlamentin səlahiyyət müddəti ərzində, yəni 2029-cu ildə nəzərdə tutulan növbəti seçkilərədək mövcud vəziyyətə köklü dəyişiklik edilməyəcəyini bildirib.

Qeyd edək ki, Leyboristlər Partiyası 2024-cü il seçki manifestində Böyük Britaniyanın Aİ-yə, Gömrük İttifaqına və ya vahid bazara qayıtmasını, eləcə də sərbəst hərəkət azadlığının bərpasını istisna edib.

Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 2016-cı il iyunun 23-də keçirilib. Səsvermədə iştirak edən britaniyalıların 51,9 faizi Aİ üzvlüyünün dayandırılmasını, 48,1 faizi isə bunun əleyhinə səs verib. Bir neçə il davam edən danışıqlardan sonra ölkə 2020-ci il fevralın 1-nə keçən gecə İttifaqı tərk edib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu